Təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanıldı, əslində isə...

# 13:23
29 aprel 2022

Lənkəranda psixotrop maddənin təsiri altında avtomobil idarə edən şəxsin sürücülük hüququ məhdudlaşdırılıb, özü isə həbs edilib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Lənkəran dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etməyən “Mercedes” markalı avtomobilin sürücüsü Kazım Qulamov saxlanılıb. Həmin şəxsin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və nəticədə fakt təsdiqini tapıb. Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Kazım Qulamov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

Qeyd edək ki, həmin şəxslə bağlı eyni hal bir neçə ay əvvəl də aşkarlanıb və həmin vaxt da barəsində qanunamvüafiq qaydada tədbir görülüb.

Tural Kərimov

Rövşən Əzimov

APA TV, Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR