Təhlükəsizlik kəmərinə görə saxlanıldı, digər qanunsuz əməli də üzə çıxdı

# 18:51
10 mart 2022

Lənkəranda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü saxlanılıb.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ 21 074” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib. Lənkəran sakini olan sürücü Əfqan Əsədullayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və nəticədə həmin şəxsin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Məhkəmənin qərarı ilə Əfqan Əsədullayev 10 gün müddətində inzibati qaydada həbs edilib.

Tural Kərimov

Rövşən Əzimov

APA TV, Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR