Təmir etmək istədiyi kondisioner partladı

# 12:56
1 fevral 2022

Şabranda hoteldə təmir zamanı kondisioner partlayıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Şabran şəhərindəki hotellərdən birində təmir aparılan zaman kondisionerin qəfildən partlaması nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Anar İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən Anar İbrahimova bədənin müxtəlif nahiyələrinin kəsilmiş yaraları, üzün 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR