Təmir sexi içindəki avtomobillə birgə yandı
Qaxda avtomobil təmiri sexində yanğın olub.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Əliağa Vahid küçəsində Eyvaz Rəsulova məxsus avtomobil təmiri sexində baş verib.
Yanğın zamanı sexin yanar konstruksiyaları, içərisində olan avadanlıqlar və təmirdə olan Qax rayon sakini Zaur Abbasova məxsus "VAZ-21011" markalı avtomobil də yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.
Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
