Təmir zamanı qanlı olay: fəhlə öldü
İmişlidə hündürlükdən yıxılan şəxs ölüb.
Hadisə İmişli bazarında baş verib. Rayonun Cahar kənd sakini, 1983-cü il təvəllüdlü Eyvazov Mirbalaş Mircəlal oğlu bazarda təmir işləri görərkən çardaqdan yıxılıb. O, adığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.