Terror qurbanı: “Bura gələndə gözüm əlimin içində idi”

# 20:04
16 noyabr 2021

44 günlük vətən savaşında Azərbaycan xalqı tək amal uğrunda birləşdi. Vətəni düşməndən təmizləmək. Bu yolda tutduğu vəzifəsindən, statusundan asılı olmayaraq hər kəs Vətən üçün çalışırdı. Eləcə də həkimlərimiz. Yüzlərlə yaralı əsgərimizi həyata qaytaran həkimlər sırasında Badam Medical Centerin baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru, oftalmoloq-cərrah Fərəh Abduləliyevanın da rolu əvəzsizdir. O, neçə-neçə hərbçimizin gözlərinə şəfa verib: “Bu il bizim xalqımız qalibiyyətimizin, zəfərimizin birinci ildönümünü qeyd etdi. Biz bu zəfərlə həm Azərbaycan xalqı, həm də həkimlər adına çox sevinirik. 44 gün ərzində bizim həkimlərimiz, bizim əsgərlərimizlə birgə çalışırdılar. 160-dan çox həkim yaralanmışdı, onlardan 43-45 nəfər vəfat edib. Həmin zaman Bakıda çalışırdım. Amma zədəli olan xəstələr birinci müayinədən sonra göndərilirdi Bakıya və biz onlara davamlı olaraq köməklik göstərirdik”.

 

Fərəh həkim Vətən Müharibəsi qazilərini sağlamlığına qovuşdurmaq üçün onları təmənnasız müayinə edir. O qazilərdən biri də Əfəndi Balcanovdur: “Fizuli rayonunda düşmənə əks həmlə edən zaman düşmən tərəfindən atılan əl qumbarası nəticəsində sağ qolumdan və sağ gözümdən yaralandım. Sağ gözümdən qəlpə zədəsi aldım. Sağ gözümdə görmə qabiliyyətimi itirmişəm. Hal-hazırda həkimlərimiz sağ olsunlar, dəvət ediblər, sağ olsunlar müayinə üçün”.

 

Ermənilərin Bərdədə törətdiyi terror zamanı isə şəhər sakini Kəmalə Həsənova gözündən ağır yaralanır. Görmə qabiliyyətini itirmə dərəcəsində olan xəstəni  Fərəh həkim  sağlamlığına qovuşdurur.

 

Zabit və əsgərlərimizin sağlamlığına qayğı ilə yanaşan Fərəh Abduləliyeva deyir ki,  əlimdən gələni edirdim ki, onlar bizim şanlı qələbəmizi öz gözləri ilə görsünlər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR