"Tərtər işi" ilə əlaqədar bu şəxslərin məhkəmə qərarları ləğv olundu

# 14:08
9 fevral 2022

"Tərtər işi" ilə bağlı 16 şəxs barəsində məhkəmə qərarlarının ləğv olunduğu açıqlanıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

 

Xəbərə görə, "Tərtər işi" ilə bağlı əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılan, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarları ləğv edilib.

 

Qeyd olunub ki, əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR