Tibb işçiləri arasında kütləvi zəhərlənmə olub

# 17:37
9 avqust 2022

 

Ağdam Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində - Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub. İlkin məlumata görə, şöbədə çalışan 12 nəfər dezinfeksiya tədbirləri zamanı istifadə olunan maddədən zəhərlənib. Onlar hazırda xəstəxanada müalicə olunur. Məsələ ilə bağlı təbibdən bildirilib ki, hazırda zəhərlənən tibb işçilərinin vəziyyəti stabildir. Xəstəxanada baş verən zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır. Bu barədə APA TV-nin sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR