Tibbi spirtlə özünü yandırdı

# 11:44
26 yanvar 2023

Bakıda xəstəxanada intihara cəhd olub.

Lent.az-ın məlumatına görə, hadisə yanvarın 25-i saat 16 radələrində Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 16 ünvanında yerləşən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 2-ci mərtəbəsində qeydə alınıb.

31 yaşlı Salamzadə Hikmət Natiq oğlu tibbi spirti üzərinə tökərək özünü yandırıb. Nəticədə almış olduğu xəsarətlərdən “Nərimanov Tibb Mərkəzi”-nin Yanıq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, H. Salamzadə qazidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR