Torpaq altındakı ölümü axtaranlar - ANAMA-NIN RİSKLİ HEKAYƏSİ

# 10:55
26 noyabr 2021

Onlar düşmənin görünməz və hiyləgərcəsinə quraşdırdığı partlayıcı qurğuların axtarışı və zərərsizləşdirilməsi yolunda hər gün öz həyatlarını təhlükəyə atırlar. 30 ilə yaxın düşmən tapdağı altında qalan Qarabağın mina və partlamamış sursatlardan təmizlənməsi üçün əllərindən gələni edirlər. Təbii ki, söhbət ANAMA-nın minaaxtaran mütəxəssislərindən gedir. O mütəxəssislərdən ki, əməliyyat sahəsində çalışdıqları hər saniyə ölüm  təhlükəsi ilə üz-üzə qalırlar.

Onlar minaaxtaran olmaq üçün mütəmadi olaraq təlimlərə cəlb olunur, imtahanlar verir, aşkar edilən yeni qurğular haqqında məlumatlar əldə edir, bu sahədə biliklərini daimi şəkildə təkmilləşdirir. Lakin bütün bunlara baxmayaraq, bilik, bacarıq və təcrübə səviyyəsindən asılı olmayaraq partlayış baş verəndə həlak olanlar da olur, xəsarət alıb ömürlük əlil qalanlar da.

Nəsirov Bəhruz Tapdıq oğlu 1979-cu ildə Horadiz qəsəbəsində doğulub. 20 ildir ki, ANAMA-da minaaxtaran vəzifəsində işləyir. Müsahibimiz işğalçı ordunun ərazilərdə qurduğu mina sahələrinin kəskin mürəkkəb olduğunu deyir ki, bu da bir başa təmizləmə işinin sürətini aşağı salmaqla yanaşı həyatı təhlükəni də çoxaldır.

Üç övlad atası olan qəhrəmanımız hər gün əməliyyat sahəsindən evinə salamat döndüyü üçün şükür edir. Çünki, o digər məsləkdaşlarından fərqli olaraq bir dəfə bu təhlükəni yaşayıb. Belə ki, 2021-ci ilin 27 iyul tarixində Cəbrayıl rayonunun Mehdili kəndində ərazilərin təmizlənməsi zamanı baş verən partlayışda xəsarət alıb.


Bəhruz Nəsirov Həmçinin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etməyə cəhd edən vətəndaşlarımıza da müraciət edir.

Unutmaq lazım deyil ki, bu çağırışlar və müraciətlər bizim təhlükəsizliyimizin 
zəmanətçisidir.

Elgün Gəncimsoy, Arzu Quliyev – APA TV Füzuli
     

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR