Tovuz, Ağdam və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
DİGƏR XƏBƏRLƏR

Tək yaşayan yeniyetmə hazırlıq müəllimi axtardı, ona kimlər dəstək oldu? – APA TV

Hələ məktəbdə oxuyur, “Ağıllı aptek” düzəldib

Gözəllik salonunda “patı” və saxta dollarlar tapıldı
