Tovuzda avtomobil kanala aşdı
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Tağıyev Röyal Həsən oğlunun idarə etdiyi "Khazar" markalı minik maşınının idarəetmədən çıxması nəticəsində avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində 4 nəfər - sürücü və 2005-ci il təvəllüdlü Qasımov Yaşar Elnur oğlu, 2005-ci il təvəllüdlü Qarayev Sənan Nazim oğlu, 2005-ci il təvəllüdlü Nəbiyev Süleyman Tofiq oğlu xəsarət alıb. İlkin məlumata görə, qəzaya minik maşınının qarşısına it çıxması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Tovuz