Tovuzda əsgəri kim öldürüb? - Baş prokurorluq məlumat yaydı

# 12:50
5 avqust 2022

 

Baş Prokurorluq Tovuzda Azərbaycan Ordusunun əsgərinin qeyri-döyüş şəraitində aldığı güllə yarasından ölməsi barədə məlumat yayıb. Baş Prokurorluqdan APA TV-yə verilən məlumata görə, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda cinayət işi başlanıb. İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə istintaq tədbirləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR