Tovuzda gəlin və qayınananın yaralanmasına səbəb olan hadisə necə baş verib?

# 20:18
23 yanvar 2023

Tovuz rayonunun Əlibəyli kəndində naməlum əşyanın partlaması hadisəsi Tovuzun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndinə Tağıyevlər ailəsinə məxsus evdə baş verib.

Əməkdaşlarımız hadisənin baş verdiyi Əlibəyli kəndində olublar, partlayışın hansı səbəbdən baş verməsini öyrənməyə çalışıblar.

Ailə ilə həm söhbət olan zaman məlum olub ki, Əlibəyli kənd sakinləri 65 yaşlı  Roza Tağıyeva və onun gəlini, 31 yaşlı Esmira Tağıyeva odunla yandırılan ocaqda çörək bişirən zamanı partlayış olub. Evin gəlini 31 yaşlı  Esmira Tağıyeva hadisənin anidən baş verdiyini bildirir.

Ev sahibin oğlu  bildirib ki, artıq bir neçə dəfədir ki, Əlibəyli kəndində bu cür partlayışlar olur. Onun sözlərinə görə quru odunun içərisində olan güllə  odun ocağa atılan kimi partlayıb. Həmin güllə isə Ermənistan tərəfindən atılan güllədir. Hazırda kənddə hamın bağında olan ağaclarda güllələri görmək mümkündür.

Qarın  boşluğundan qəlpə yarası alan 65 yaşlı Roza Tağıyevanın müalicəsi Tovuz rayon mərkəzi xəstəxanasına dava etdirilir.

Qeyd edək ki, partlayış ötən gün günorta saatlarında Tovuz rayonunun  Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndinə baş verib. Nəticədə ocaqda çörək bişirən gəlin və qayınana xəsarət alıb.

Xatırladaq ki, Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndi ilə yanaşı Tovuzun bir neçə kəndi 2020-ci ilə qədər mütəmadi olaraq atəşə tutulub.

 

Artıq baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR