Tovuzda yanğın baş verdi, 1 otaq əşyalarla birlikdə yanaraq kül oldu

# 21:00
4 iyul 2021

Tovuzda fərdi yaşayış evində  yanğın olub.

 

Hadisə Rayonun Əlimərdanlı kəndində, yerli sakin İlham Bayramova məxsus 3 otaqdan ibarət fərdi evdə qeydə alınıb.

 Hadisə yerinə Fövqəladə hallar Nazirliyinin  2 yanğınsöndürən maşını və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 20 kvadratmetr olan 1 otaq içərisində olan əşyalarla birlikdə  yanıb.

Yanğının qonşu evlərə keçməsinin qarşısı alınıb.

 

 Hadisə zamanı xəsarət alan olmayıb.

 

İlkin etimala görə yanğına səbəb  evin damında elektrik naqillərindən baş verən qısa qapanma olub.                                                      

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR