Tovuzda yük maşını yanıb
Tovuzda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Kənd ərazisində "QAZel" markalı yük avtomobilində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu, APA TV
DİGƏR XƏBƏRLƏR

Türkiyə Azərbaycan səfirliyinə hücumla bağlı İrana çağırış etdi

İrandakı səfirliyimizə hücum anının şok görüntüləri - ŞƏRHSİZ

Hazırda Azərbaycanın Tehrandakı səfirliyinin qarşısı - ŞƏRHSİZ
