Turizmə rəhbərlik edən məmur niyə rusca danışır? - APA TV

# 18:16
4 iyul 2022

Ötən həftə Qırğızıstan parlamentində yaranan qalmaqalın yeni görüntüləri yayılıb. Belə ki, ölkənin turizm potensialının müzakirəsi üçün keçirilən iclasda parlament sədri Qunduzbəy Süleymanov Qırğızıstanın Turizm Fondunun sədri Yelena Kalaşnikovaya söz verib. Lakin xanım nümayəndənin iclasda nələrin müzakirə olunduğundan xəbəri olmayıb. Buna əsəbiləşən parlament sədri Qunduzbəy Süleymanovla Kalaşnikova arasında gərgin dialoq yaranıb.

 

Qunduzbəy Süleymanov: Xanım Kalaşnikova, mən buradayam. İclasda sizin təmsil etdiyiniz sahə barədə danışılır, elə deyilmi? Nəsə başa düşdünüz?

 

Yelena Kalaşnikova: Belə başa düşdüm ki, siz dediniz ki, turizmi inkişaf etdirmək lazımdır. Bildirildi ki, ayaqyollarının tikintisi baha olduğuna görə, elə də ehtiyac yoxdur. Sevinirəm ki, ölkəmizin turizminin inkişafında ortaq fikirlərimiz var.

 

Qunduzbəy Süleymanov: Burada neçə ildir yaşayırsız?

 

Yelena Kalaşnikova: 25 ildir.

 

Qunduzbəy Süleymanov: Bəs niyə hələ də qırğız dilində salamlaşmanı öyrənə bilməmisiniz? Dünənki çıxışınızdan göründü ki, siz hətta qırğız dilində salamlaşmağı da bilmirsiniz. Və siz qırğız turizmini inkişaf etdirmək istəyirsiniz. Bu sizi çaşdırmır?

 

Yelena Kalaşnikova: Mən Qırğızıstanı xaricdə tanıtmaq istəyirəm. Əgər dil örgənmək birinci zərurətdirsə, öyrənərəm.

 

Qunduzbəy Süleymanov: Siz niyə hesab etmirsiniz ki, bu zərurət deyil?

 

Yelena Kalaşnikova: Xeyr, mən zəruri hesab edirəm.

 

Qunduzbəy Süleymanov: Niyə hələ də qırğız dilini bilmirsiniz? Heç olmasa iclasdakı çıxışları başa düşməlisiniz. Siz iclasda oturmusunuz, elə bil ki... istəmirəm nə iləsə müqayisə edim. Siz utanmalısız ki, belə bir vəzifədə təmsil olunursunuz. Siz qırğız dilinə və ənənələrinə hörmətsizlik edirsiniz. Biz xalqın seçdikləri olaraq bunu sizə bildirməliyik. Bu sizin üçün mənfi haldır. Mən indi qırğız dilində danışsam, siz heç nə başa düşməyəcəksiz və cavab da verə bilməyəcəksiniz. Mən sizin danışığınıza dünən qulaq asdım. Bir rəhbər kimi bu sizin ayıbınızdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR