Türk şirkətləri ilə hansı sahələrdə əməkdaşlıq ediləcək? – DANIŞIQLAR BAŞLADI

# 20:33
7 sentyabr 2022

Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisində Türkiyənin ən məşhur şirkətləri də iştirak edir.

Bu şirkətlərdən biri də Türkiyənin hərbi hava sənayesi sahəsində fəaliyyət göstərən “HAVELSAN”dır.

APA TV-yə açıqlama verən şirkətin baş direktor müavini Muhittin Solmaz qeyd edib ki, “HAVELSAN” məhsullarının Azərbaycanda istifadəsi üçün də danışıqlara başlayıb.

Sərgidə ziyarətçilərin diqqətini çəkən silahlardan, xüsusən də kiçik çaplı silahlardan biri də “Sarsılmaz” şirkətinin silahlarıdır. Şirkətin şatış müdiri Hakan Özadalı Azərbaycanla ortaq layihələrin olduğunu və bununla bağlı yaxın zamanlarda daha geniş məlumatlar veriləcəyini deyir.

Xatırladaq ki, “ADEX 2022” sərgisində Türkiyədən ümumilikdə 41 müdafiə sənayesi şirkəti, həmçinin Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatları, nəqliyyat vasitələri, rabitə infrastrukturları nümayiş olunur.

 

Fuad Sadıqov,

Xəyal İskəndərov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR