Türkiyə ilk yerli peykini kosmosa buraxacaq - 1 dəqiqə 10 xəbər 16:00 buraxılışı
Bakı Musiqi Akademiyasının bir qrup əməkdaşına fəxri adlar verilib.
Bir müddət əvvəl Şuşada hərbi avtomobilin aşması nəticəsində yaralanan və iki aydır komada olan hərbi qulluqçu Ülvi İbrahimov dünyasını dəyişib.
Sentyabrın 19-da dövlət qulluğu üzrə test imtahanı keçiriləcək.
Türk Qızılay Cəmiyyəti Qarabağdakı uşaqlara məktəb ləvazimatları və geyim yardımı edib.
Məşhur ispan yazıçısı Alfonso Sastre vəfat edib.
Türkiyə ilk yerli peykini kosmosa buraxacaq.
Metroda havalandırma 3 dəfədən çox gücləndiriləcək.
Vilyam Hacıyevin DTX təcridxanasından Penitensiar Xidmətin təcridxanasına köçürülməsi barədə vəsatət təmin olunub.
Kreml Putinin səhhəti ilə bağlı açıqlama verib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya dövlət başçısı özünü yaxşı hiss edir.
Niderlandın xarici işlər naziri Siqrid Kaaq Kabildəki vəziyyətin kəskinləşməsinə gec reaksiya verdiyinə görə istefa verib.
DİGƏR XƏBƏRLƏR

Tək yaşayan yeniyetmə hazırlıq müəllimi axtardı, ona kimlər dəstək oldu? – APA TV

Hələ məktəbdə oxuyur, “Ağıllı aptek” düzəldib

Gözəllik salonunda “patı” və saxta dollarlar tapıldı
