Türkiyədə azərbaycanlı sürücü uçqun altında qalıb öldü - APA TV
Türkiyənin Artvin bölgəsində güclü yağışlar sürüşməyə səbəb olub.
APA TV İHA-ya istinadən xəbər verir ki, Kamalpaşa rayonunda qaya parçaları və torpaq dağdan sürüşərək magistral yola tökülüb.
Hadisə zamanı yoldan keçən TIR-lara ciddi ziyan dəyib.
Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasındanverilən məlumata görə, uçqun zamanı azərbaycanlı sürücü həlak olub.
Hadisə zamanı Türkiyə vətəndaşları olan daha iki TIR sürücüsü xəsarət alıb: “Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb”, - deyə məlumatda qeyd olunub.
Sürüşmə nəticəsində Qara dəniz sahilində Türkiyə-Gürcüstan beynəlxalq magistralı da ikitərəfli bağlanıb.
Bölgəyə xeyli sayda təcili yardım, xilasetmə qüvvələri cəlb olunub.
Qeyd edək ki, bundan əvvəl də bölgədə sürüşmələr baş verib.
DİGƏR XƏBƏRLƏR

Rəsulzadənin heç yerdə görmədiyiniz nadir görüntüləri yayıldı

30 il sonra doğma ocaqda: Laçın sakininin ürək dağlayan ata fəryadı

"Qarabağ" - “Viktoriya” matçı ilə bağlı RƏSMİ AÇIQLAMA / “APA XƏBƏR” - 17:00
