Türkiyədə keçiriləcək təlimlərə uçan Azərbaycan HHQ helikopteri məcburi eniş edib

# 23:55
20 may 2021

Türkiyə ərazisində keçiriləcək “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak etmək üçün Konya şəhərinə uçuş edən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterdə baş verən cüzi nasazlıq səbəbindən Giresun şəhərində məcburi eniş edib.

Müdafiə Nazirliyi Mətbuat Xidmətindən APA TV-yə  bildirilib ki, hazırda helikopterdə baş verən problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir və sonra uçuş marşrut üzrə davam edəcək.


Helikopterin ekipajı arasında xəsarət alan yoxdur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR