Türkiyədə mədəndə partlayış nəticəsində ölənlərin sayı 40-a ÇATDI
Türkiyədə kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatıb. 110 işçidən 58-i xilas edilib, hazırda axtarış-xilasetmə işləri davam edir.
APA TV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Qeyd edək ki, oktyabrın 14-də Bartin bölgəsində daş kömür mədənində partlayış baş verib.