Türkiyədə uçqunlar altında qalan azərbaycanlı varmı?
Türkiyədə baş verən arıcıl zəlzələlərlə bağlı Türkiyədəki səfirliyimizdə, eləcə də İstanbul və Qars şəhərlərindəki konsulluqlarımızda Operativ Qərargahlar yaradılıb. Azərbaycanın Türkiyədəki səfirliyi tövsiyə edir ki, zəlzələ nəticəsində zərərçəkən azərbaycanlılar və onların yaxınları diplomatik nümayəndəliklər tərəfindən təyin edilmiş Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Diyarbəkir, Urfa, Antep, Kilis, Adana və Malatyadakı məsul şəxslərlə əlaqə saxlasınlar. Antep, Adıyaman, Urfa, Hatay, Kahramanmaraşdakı məsul şəxslərdən aldığımız məlumata görə adıçəkilən bölgələr üzrə zəlzəzlədə ölən və yaralananların içərisində azərbaycanlıların olub-olmaması ilə bağlı hələ ki, araşdırma aparılır.
Onu da qeyd edək ki, 6 fevral saat 18:00-a qədər olan son məlumatlar görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1200-ə çatıb. Yaralıların sayı isə 8000 nəfəri keçib. Zəlzələ nəticəsində 3 minə yaxın bina dağılıb.