Türkiyədə zəlzələlərdən sonra tutuquşu satışı kəskin artıb
Türkiyədə fevral ayında baş verən faciəvi zəlzələlərdən sonra quşlara, xüsusən də tutuquşulara olan maraq kəskin artıb.
Bu barədə yerli KİV-lərdə məlumat yayılıb.
Məlumata görə, zəlzələdən sonra zoomağazalara insanların axını başlayıb. Buna səbəb isə quşların əvvəlcədən zəlzələni hiss etməsi ilə bağlı yayılan məlumatlar olub.
Zoomağazalardan birinin sahibi Fatih Gürbüz zəlzələlərdən sonra satışın təxminən 10 dəfə artdığını söyləyib.
Onun sözlərinə görə, zəlzələ vaxtı quşlar, əsasən də tutuquşuları səs-küy salmağa və qəribə davranışlar sərgiləməyə başlayıblar. Bu da tutuquşularına tələbatı artırıb.
Məlumata görə, Türkiyənin Elazığ vilayətində vətəndaşlar digərlərinə nisbətən zoomağazalara daha çox axın edirlər.
DİGƏR XƏBƏRLƏR

Hərbçilərimizi tora salmaq istəyirlər / - “APA XƏBƏR” - 17:00

“İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filminin müzakirəsi keçirilib

Şərurda həmkəndlilər arasında dava qanla bitdi
