Türkiyədəki zəlzələ Azərbaycandakı ocaqları oyada bilərmi?
“Azərbaycanda güclü zəlzələ olması ehtimalı yoxdur”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib. O bildirib ki, qısamüdətli zəlzələnin proqnozunu vermək qeyri-mümkündür.
Qurban Yetirmişli həmçinin tikinti şirkətlərinə xəbərdarlıq edərək bildirib ki, 8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq zəlzələ ərazisində tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır.
Baş direktor bildirib ki, binalar tikiləndə mütləq seysmoloji tədqiqatlar aparılmalıdır,
Türkiyədəki zəlzələnin afterşoklarının hələ 1 ay davam edə biləcəyini deyən seysmoloq bildirib ki, illər öncə İranda belə hal yaşanmışdı və Azərbaycan onu müəyyən etmişdi. Süni zəlzələlərdən də danışan direktor vurğulayıb ki, bu cür zəlzələlərlə təbii prosesi bir-birindən ayırmaq mümkündür. Süni zəlzələlər əksər hallarda partlayışlardan sonra yaranır.