Türkiyədəki zəlzələdə itkin düşən uşaq 3 aydan sonra tapıldı

# 20:15
31 may 2023

Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalan uşaq 3 aydan sonra Hollandiyada tapılıb. Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları uşağı Hollandiyanın Maastrixt şəhərinin küçəsində tapıb. Onun və ailəsinin fevral ayında Türkiyədə baş verən zəlzələdə xəsarət aldığı məlum olub. Oğlan deyib ki, valideynləri hələ də dağıntılar altındadır. Uşaq sosial işçilərə təhvil verilib. Onun Hollandiyaya necə getdiyi hələlik məlum deyil. Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində son 80 ilin ən güclü zəlzələsi baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR