Türkiyənin məşhur universitetlərinin nümayəndələri Bakıda - SƏBƏB

# 18:07
1 noyabr 2021

Bakı Avrasiya Universitetinin təşəbbüsü ilə 8 noyabr Zəfər Günü münasibətilə beynəlxalq tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Şamaxıdakı Türk şəhidliyinin önünə əklil və gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar. Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynlinin rəhbərliyi ilə qonaqlar həmçinin Şamaxı Cümə Məscidini ziyarət edib, İsmayıllı rayonunun Lahıc qəsəbəsinə və “Atəşgah məbədi” dövlət tarixi-memarlıq qoruğuna səfər ediblər.

 

Bakı Avrasiya Universitetinin mətbuat informasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli deyir ki, təhsil müəssisəsinin bir çox Türkiyə universitetləri ilə əlaqəsi var: “Bu gün onlardan 5 böyük universitetin rektorları və yardımçıları bizim universitetin qonaqlarıdır. Bir çox müqavilələr, ikili anlaşma memorandumu imzalanacaq və bir çox nüanslar öz əksini tapacaq”. 

 

Qeyd edək ki, tədbirə ölkəmizdəki universitetlərin təmsilçiləri ilə yanaşı, Türkiyə Cümhuriyyətinin Sağlık Bilimleri Universitetinin rektoru Cevdet Erdöl, Kütahya Dumlupınar Universitetinin rektoru Kazım Uysal, təhsil müəssisəsinin prorektoru Atilla Batur, Bilecik Şeyh Edebali Universitetinin rektoru Şükrü Beydemir, prorektor  İlhami Yurdakul, eləcə də Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi, prorektor Hüseyin Odabaş, Bolu Abant İzzet Baysal Universitetinin rektoru Mustafa Alişarli, Bolu Abant İzzet Baysal Universitetinin Beynəlxalq əlaqələr ofisinin müdiri İbrahim Kürtül qatılıblar.

 

 

Nərmin Murad,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR