Üç tələbəni avtomobil vurdu
Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır qəza baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında Fətulla Həsənov küçəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil yol kənarında dayanan 3 tələbəni vurub. Hadisəyə səbəb avtomobilin şinlərindəki nasazlıq olub. Qəza zamanı Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Rzayev Eltun Asif oğlu, Şəki sakini 2003-cü il təvəllüdlü Məmmədli Pərvin Kamal oğlu və Tovuz sakini 2002-ci il təvəllüdlü Musayev Təbriz Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Rzayev Eltunun vəziyyəti ağırdır.
Məlumata görə, piyadalar Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə
DİGƏR XƏBƏRLƏR

Şəhərləri addım-addım işğal edən sahibsiz itlər: Hər ay kimisə öldürürlər

Ordumuzun Ağdam və Şuşadakı mövqeləri erməni silahlı dəstələri tərəfindən atəşə tutulub

Mediada uşaq hüququları necə qorunur?
