Ucar sakininin tövləsi yandı, beş baş heyvan tələf oldu

# 19:01
30 mart 2023

Ucarda yanğın baş verib.

Hadisə bu gün rayonun Müsüslü kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Elşad İsrafil oğlu Cəbrayılova məxsus  ümumi sahəsi 100 kvadratmetr olan tövlə yanıb. Yanğın zamanı ev sahibinə məxsus 5 baş iribuynuzlu heyvanı, toyuq-cücə və 200 ot bağlaması yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar və Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Havanın küləkli olmasına baxmayaraq yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR