Ukrayna Ordusu 40 hərbçisini itirdiyini təsdiqləyib

# 15:43
24 fevral 2022

Ukrayna Ordusu 40 hərbçisini itirib, dinc sakinlər arasında 10-a qədər ölən var.

 

APA TV xəbər verir ki, bu barədə Zelenskinin ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç açıqlama verib.

 

O, Xarkov şəhəri yaxınlığında şiddətli döyüşlərin getdiyini, Ukrayna Ordusunun Rusiyanın tank bölmələrinin hücumunu dəf etdiyini söyləyib.

 

Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, Rusiya Ukrayna şəhərlərinə heç bir raket, aviasiya və ya artilleriya zərbələri endirmir.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR