Ukrayna Ordusu daha bir hücumu dəf etdi

# 16:21
26 fevral 2022

Ukrayna Ordusu bu gün səhər saatlarında Lvov regionunun Brodi şəhəri yaxınlığına enən Rusiya hava-desant qoşunlarının hücumunu dəf edib.

 

APA TV-nin xəbərinə görə, bu barədə Lvov meri Andrey Sadovi “Facebook” hesabında məlumat paylaşıb.

 

Bildirilib ki, Ukrayna Ordusu ilə qarşılaşan Rusiya qüvvələri meşəlik əraziyə doğru geri çəkiliblər.

 

Üç helikopterlə əraziyə gəldiyi bildirilən Rusiya hava-desant qüvvələrinin 60 hərbçidən ibarət olduğu qeyd olunub.

 

Lvov meri vəziyyətin Ukrayna hərbçilərinin nəzarətində olduğunu qeyd edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR