Ukrayna Rusiyada neft bazasına zərbə endirdi 

# 11:31
1 aprel 2022

Belqoroddakı neft bazasında baş verən yanğına səbəb Ukrayna helikopterlərinin hücumu olub.

 

APA TV xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında yazıb.

 

"Neft bazasındakı yanğın aşağı hündürlükdə Rusiya ərazisinə daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin aviazərbəsi nəticəsində baş verib. Neftbazanın iki əməkdaşı yaralanıb", - deyə o bildirib.

 

Qeyd edək ki, ilkin məlumata görə, iki min kubmetrlik yanacaq və benzin olan səkkiz çən yanıb. Alovun daha səkkiz konteynerə keçməsi təhlükəsi var. Söndürmə işlərinə 105 nəfər, 31 texnika, o cümlədən yanğınsöndürmə qatarı cəlb olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR