Ukrayna səmasından dünyaya yayılan rəngli toz nədir?

# 19:23
16 mart 2022

Son günlər Avropa ölkələri, xüsusən də Türkiyənin bütün ərazisinin səması qızılı-sarı rəngə boyanıb. Daha tünd rəng isə İstanbul şəhəri üzərində müşahidə olunub. Türkiyənin metereolgiya mütəxəssisləri yerli mediaya bildiriblər ki, bu rəngin yaranama səbəbi Ukrayna üzərindən gələn hava kütlələridir.

Qeyd olunub ki, Afrika üzərindən gələn tozlu hava kütlələri Avropanın qərbi və şimalı üzərində dövr edərək Ukrayna üzərindən Türkiyə sərhədlərinə daxil olub. Sarı-qırmızı rənglərə boyanmış səma sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.

Bəziləri rəngin martın 4-də Ukraynanın Zaparojye Atom Elektrik Stansiyasında çıxan yanğın zamanı yaranmış kimyəvi sızıntı səbəbindən əmələ gəldiyini iddia edir.

Türkiyəli mütəxxəssisi Dilek Çalışqan hesab edir ki, Ukraynadan gələn hava axını özlüyündə Türkiyə və Avropa üçün təhlükə yaradır, ancaq indiki durum fərqlidir. Onun dediyinə görə, hazırda səmanın bu rəngə boyanmasının əsas səbəbi Afrikadan gələn səhra tozlarıdır.

Vəziyyətin təhlükəliliyinə gəlincə isə o əlavə edib ki, tərkibində kvarts, aliminium, dəmir olan bu tozlu hava kütləsi insan sağlamlığı üçün böyük təhlükə mənbələrindən biridir və bu bir çox insanlarda nəfəaslma problemləri, eləcə də ağciyər xəstəlikləri yarada bilər.

Dilek Çalışqan vətəndaşları qardan və yağışdan su ehtiyatı kimi istifadə etməməyə çağırıb. O fikrini belə izah edib ki, hazırda Ukraynadakı kimyəvi zavodlarda nə baş verdiyi bilinmir. Buna görə də şimaldan gələn hava kütlələrinə hansı maddələrin qarışdığından xəbərləri yoxdur.

Fuad Sadıqov

APATV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR