Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin Təlim Mərkəzi məhv edilib

# 14:00
5 aprel 2022

Aprelin 4-ü axşam saatlarında Oçakov şəhəri yaxınlığında dəniz bazalı yüksək dəqiqlikli uzaqmənzilli silahlar Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin Təlim Mərkəzi məhv edilib. 

 

APA TV-nin Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, məhv edilən təlim mərkəzini Ukrayna tərəfi həm də əcnəbi muzdluları yerləşdirmək üçün istifadə edib.

 

Konaşenkov havadan buraxılan yüksək dəqiqlikli raketlərlə Kremenets, Çerkasi, Zaporojye və Novomoskovsk yaşayış məntəqələrində Ukrayna hərbçilərini təchiz edən dörd yanacaq anbarının məhv edildiyini söyləyib.

 

Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 125 təyyarə, 91 helikopter, 398 pilotsuz uçuş aparatı, 226 zenit-raket kompleksi, 1969 tank və digər zirehli döyüş texnikası, 214 reaktiv yaylım atəşi sistemi, 852 səhra artilleriya və minaatan, həmçinin 1873 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib", - deyə Rusiya MN sözçüsü qeyd edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR