Ukraynada həlak olan azərbaycanlı iş adamının qardaşı:

# 04:00
12 mart 2022

Xarkov şəhərinin yaxınlığına düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan Ukrayna vətəndaşı Emin Zabit oğlu Mahmudov, həyat yoldaşı Lyudmila Mahmudova və qayınanası dünyasını dəyişib. Faciədən xəbər tutan mərhum Emin Mahmudovun anası Gülçöhrə Nəzər qızı Mahmudovanın bir neçə saat sonra dünyasını dəyişməsi haqqında xəbərlər KİV-də yayılsa da, əslində həqiqəti əks etdirmir - Bu haqda birazdan... Emin əslən Lənkəranın Boladi kəndindəndir və yaşasaydı, sabah 49 yaşını qeyd edəcəkdi. Hərbi təhsili olan Mahmudov 1994-cü ildə Ağdərə istiqamətində döyüşlərdə də iştirak edib. 20 ildən çox idi ki, Ukraynada yaşayırdı və iş adamı idi. 

Emin Manhmudovun qardaşı Elçin Mahmudovun sözlərinə görə, qardaşı mart ayının 4-ü Ukraynada yaşadığı evin həyətinə düşən mərmi nəticəsində həlak olub:

“Ayın 4-ü 5-nə keçdiyi zaman qardaşımın ölüm xəbəri gəldi bizə. Ukraynada roket zərbələri nəticəsində qardaşım, qardaşımın yoldaşı Lyudmila Mahmudova və Emin Mahmudov və bir də qaynanası həlak olmuşdular. Və buna baxmayaraq qardaşımın nişanə qalan 3 övladı var. Bütün qurumlara müraciət etmişik ki, yəni, ən azından qardaşımızın nişanəsi və qardaşımın nəşini Azərbaycana gətirsinlər. Yəni, uşaqların yaşı 12, 8, hətta 3 yaşı tamam olmayan bir qız uşağıdır. ///////  Mən özüm rus dilini bilmədiyimə görə ortancıl qardaşım qardaşımın böyük övladı Rinata ilə danışır. Telefon əlaqələri tez-tez yaradır, onlar da əmisindən imdad istəyirlər ki, gəlin bizi qurtarın, vəziyyət pisdir. Papa həyətdə qalıb, belə bir şeylər. Uşaqlar hal-hazırda qonşudadı, nəşlər həyətdədir. Yenə də mən inanıram ki, bizim xalqımız, Azərbaycan xalqı, Azərbaycanın rəhbəri olan cənab prezidentimiz İlham Əliyevə, Xarici İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinə və aidiyyəti qurumlara üzümü tutub deyirəm, sizdən xahiş edirəm qardaşımın nəşini gətirin, qardaşımın 3 övladını gətirin. Bir qardaş kimi, bir vətəndaş kimi, bir oğul kimi, bir Azərbaycan əsgəri kimi xahiş edirəm köməklik göstərin”.

Son günlər KİV-də tirajlanan məlumata görə Emin Mahmudovun və ailəsinin başına gələn faciədən anası Gülçöhrə xanım xəbər tutandan sonra ürək tutmasından dünyasını dəyişib. APA TV-yə eksklüziv müsahibə verən mərhumun qardaşı Elçin bəy bu məlumatların doğru olmadığını bildirdi. Belə ki, Eminin vəfatından 5 gün əvvəl anası vəfat etmişdi. 


Hal-hazırda yəni bu saytların yalan yazmaları ilə bağlı verdiyim açıqlamanı demək istəyirəm ki, anam Mahmudova Gülçöhrə Nəzər qızı 2022-ci il fevral ayının 27-dən 28-nə keçən gecə ürək ağrısından və şəkər xəstəsi olduğuna görə vəfat etmişdi. Əlbəttə ki, 27 fevral anam qardaşımla danışmışdı. Ordakı müharibə şəraitini bildikdən sonra anam 15-20 gün idi ki, xəstə idi. Xəstəlikdən sonra müalicə olunmuşdu, özünü yaxşı hiss edirdi. Deməli, həmin gecə qardaşımla telefon danışıqlarından sonra, vəziyyəti öyrənəndən sonra 2 saat müddətində şəkər qalxmasımı, beyinə qan sızması təsirindənmi vəfat etmişdi. Anamı biz 28 fevralda dəfn etmişik, Lənkəran rayon Boladı kəndində”.
 

Ümid edirik ki, tezliklə Emin Mahmudovun nəşi vətəninə gətiriləcək və övladları da atasının ailəsinin himayəsinə veriləcək.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR