Ukraynadan dəhşətli görüntülər: Silah-sursat anbarı vuruldu

# 12:25
16 mart 2022

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Çerniqov vilayətində silah-sursat və hərbi texnika dolu anbarın məhv edilməsi videosunu yayıb.

 

APA TV TASS-a istinadən xəbər verir ki, anbara artilleriya zərbələri endirilib.

 

“Rusiya Ordusunun artilleriya bölmələri atəş hədəfinin vurulması çərçivəsində dəqiq zərbə ilə Ukraynanın raket-artilleriya anbarını və 20-yə qədər zirehli texnikasını məhv edib”, - Nazirliyin açıqlamasında deyilir.

 

Atəşin dəqiqliyi pilotsuz uçuş aparatının köməkliyi ilə korrektə olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR