Ukraynadan Rusiyaya piyada gedən azərbaycanlı tutuldu
Ukrayna-Rusiya sərhədini pozan Azərbaycan vətəndaşı saxlanılıb.
APA TV Lent.az-a istinadən məlumat verir ki, o, Bryansk vilayətinin Suzemski rayonunda ələ keçirilib.
Məlum olub ki, sərhədi piyada keçən azərbaycanlının Rusiyaya girişi qadağan edilib.
Saxlanılan şəxs barəsində cinayət işi açılıb. Onu 200 min rubl, təxminən 4 min 450 manat cərimə və ya iki ilə qədər həbs gözləyir.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
