Ukraynalı jurnalistlər raket atəşinə tutulan ərazilərimizdə
Ukraynalı jurnalistlər Gəncəyə səfər edib.
APA TV-nin yerli bürosunun məlumatına görə, onlar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərinə baş çəkib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub. Qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Ukraynalı journalist Yuri Butusov bildirib ki, Mülki hədəflərə edilən zərbələr barışmaq üçün bir çox addımları mümkünsüz edib: “Bu, çox təsiredicidir: Ölü bir şəhər, ətrafda heç nə yoxdur, amma bir vaxtlar həyatla dolu idi. Gəncədə də eyni mənzərədir. Mülki hədəflərə edilən bütün bu zərbələrin mənası yox idi, bu, müharibədə heç nəyi dəyişmədi, ancaq nifrət, acılıq dərəcəsini artırdı və 30 il ərzində Qarabağda baş verənləri nəzərə alaraq, barışmaq üçün bir çox addımları mümkünsüz etdi.”
Gəncəyə səfər edən ukraynalı jurnalist, teleaparıcı Taras Berezovets APA TV-yə müsahiəs’ində deyib ki, işğalçıların Qarabağdakı cinayətlərinin sübutlarını toplamaq çox vacibdir: “44 günlük müharibə haqqında çox oxumuşuq, məlumatlar vermişik. Mən özüm bu barədə çox yazmışam. İndi isə mülki şəxslərin öldürüldüyü yeri canlı görmək imkanımız var. Sığınacaqlarda gizlənmək imkanı olmayan insanlara atəş açmaq təkcə bunu edənlərin deyil, həm də əmr verən cinayətkarların vəhşiliyinin sübutudur. İşğalçıların Qarabağ ərazisində törətdikləri cinayətlərin bütün sübutlarını toplamaq çox vacibdir, çünki söhbət təkcə mülklərin məhv edilməsindən getmir. Biz bunu Şuşada gördük. Söhbət bir neçə əsrdir mövcud olan mədəni irsin məhv edilməsindən gedir.”
Onlara Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib. Ötən il oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Bildirilib ki, dinc sakinlərin sıx yaşadığı ərazilərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb. Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.
Qeyd edək ki, ukraynalı jurnalistlər Gəncədən sonra Ağdama səfər edəcəklər.
DİGƏR XƏBƏRLƏR

Prezident Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib

Azərbaycanda hamilə qəfil ÖLDÜ: Doğuşa saatlar qalmışdı

Zaqatalada əməliyyat: HƏYƏTİNDƏ NARKOTİK BECƏRƏN ŞƏXS SAXLANILDI
