Universitetin şöbə müdiri koronavirusdan öldü

# 13:20
22 dekabr 2021

Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri dosent Adil Xasayev vəfat edib.

 

Universitetin mətbuat katibi Günel İsgəndərova bildirib ki, Adil Xasayev COVID-dən dünyasını dəyişib.

 

76 yaşında dünyasını dəyişən Adil Xasayev 1968-1970-ci illər Mərkəzi Geoloji-Kəşfiyyat Elmi Tədqiqat İnstitutunun Bakı laboratoriyasında kiçik elmi işçi, 1970-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasının əyani aspirantı olub, sonralar dosenti kimi çalışıb. O, "Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası" fənnini tədris edib. 1992-2016-cı illərdə Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

 

A. Xasayev 150-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR