Ürəyiniz əsirsə, nəfəsiniz daralırsa, bu xəstəliyə tutulmusunuz
Gərginlik, hər an pis nə isə olacağını hiss etmək, nəfəs darlığı, ürək döyüntüsünün həddindən artıq sürətlənməsi - Bu simptomlar bəlkə də çoxunuza tanışdır. Tibbdə isə bunun adı anksiyete, yəni narahatlıq pozğunluğudur. Təəssüf ki, anksiyete dövrümüzün yeni pandemiyasına çevrilib. Əsasən də gənclər arasında bu simptomlardan şikayət edənlər çoxalıb. Həmin insanlar daim özlərinin və ya yaxınlarının başına pis şeylər gələcəyini düşünür və ya onların səhhətindən narahat olurlar. Bu vəziyyət psixi müvazinəti pozursa, gündəlik həyata təsir etməyə başlayırsa, insanlarla münasibətə təsir edirsə, deməli artıq xəstəliyə çevrilib. Psixoloq Rəvan Soltan deyir ki, bu xəstəliyi yaradan əsas səbəb stressdir.
Onu da bildirək ki, bu xəstəliyə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Davamlı narahat düşüncələr gündəlik həyata və sosial mühitə təsir etməyə başlayarsa, mütəxəssis tərəfindən diaqnoz qoyulmalı, müalicəyə başlanılmalıdır.
DİGƏR XƏBƏRLƏR

Üfüqlərə qapılar müstəqillikdən açılır - APA TV

Moskvada 28 May-Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib

İrəvan Zəngəzura diversant göndərməklə nə demək istəyir?
