Usta ehtiyatsız davrandı, qolu amputasiya olundu
Gəncədə bədbəxt hadisə baş verib.
APA TV-nin xəbərinə görə, Hadisə şəhərin Cavad Xan qəsəbəsində yerləşən, İsmayıl adlı şəxs tərəfindən işlədilən sexdə baş verib. Həmin sexdə usta işləyən 1975-ci il təvəllüdlü Elsəvər Bayramovun qolunu ehtiyatsızlıqdan daşdoğrayan mişar kəsib. 46 yaşlı kişi dərhal Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağ qolunu amputasiya ediblər, vəziyyəti kafi olaraq qalır.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Fuad Nazimoğlu.
Mehdi Məmmədov,
APA TV