Vaqe Qanbaryan Xocalı soyqırımına görə Ermənistanı məhkəməyə verir

# 18:30
11 avqust 2022

Vaqe Qanbaryan adlı erməni Ermənistanı beynəlxalq məhkəməyə verməyə hazırlaşır. APA TV xəbər verir ki, o, bununla bağlı ictimaiyyətə videomüraciət ünvanlayıb. Vaqe Qambaryan müraciətində Gürcüstanın Lars bölgəsində yaşadığını, azərbaycanlıları düşmən saymadığı üçün erməni milliyətçilərin təzyiqlərinə məruz qaldığını bildirib. O bildirib ki, erməniləri həm gürcü, həm də Azərbaycan xalqına qarşı soyqırımı törətdiklərinə görə məhkəməyə verir: “Mənim adım Vaqe Bayram Qanbaryandır. Mən Beynəlxalq ictimaiyyətə müraciət edirəm. Bildirmək istəyirəm ki, Gürcüstanda yaşayıram. Ermənistandan mənim ünvanıma təhqirlər və təhdidlər gəlir. Beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşıram. Ona görə ki, erməni milliyətçiləri tərəfindən Abxaziyada gürcü xalqına, Xocalıda isə azərbaycanlılara qarşı soyqırımı törədilib. Bunu sübut edə biləcək qədər faktlarım var. Mən haqqın tərəfindəyəm. Bu əllər heç vaxt silah götürməyib, heç vaxt insan öldürməyib. Sadəcə poeziya ilə məşğul olmuşam, şeirlər yazmışam və ancaq haqq olanı demişəm. Məni təhdid edən ermənilərə də müraciət edirəm. Mən satqın deyiləm, yaşadığım Lars bölgəsini sevirəm. Özümü erməni saymıram. Burada bir çox gürcü deyir ki, Ermənistanda zəlzələ vaxtı öz çörəklərini, qanlarını donor kimi ehtiyaclı ermənilərə göndəriblər, amma ermənilər Abxaziyadakı müharibədə satqınlıq etdilər. Ona görə də video çəkərək bildirmək istəyirəm Abxaziya Gürcüstandır, Qarabağ isə Azərbaycandır. Məni qəbul etməyən ermənilərə də buradan deyirəm ki, bu dediklərimi hamısını beynəlxalq məhkəmədə sübut edəcəm. Yalanlarla yaşamaq olmaz. Yaşayaraq hamını aldatmaq olmaz. Mən heç vaxt satqın olmamışam. Xocalıda baş verənlər isə haqsızlıqdır, alçaqlıdır”. Osmanlının ermənilərlə qarşı soyqırımı törətdiyini iddia edənlərə də müraciət edən Vaqe Qanbaryan bildirib ki, həmin hadisələri ermənilərə qarşı elə ermənilər törədiblər və bu çox utancvericidir. Xatırladaq ki, Vaqe Qanbaryan bundan öncəki müraciətində Azərbaycan vətəndaşlığını almaq istədiyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR