“VAZ-2101”lə avtoxuliqanlıq edən şəxs tutuldu

# 13:26
7 yanvar 2022

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, “VAZ-2101” markalı avtomobilin sürücüsü, şəhər sakini Əli Əzizov nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Lakin, həmin şəxs buna məhəl qoymayıb və davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib. Vaxtında görülmüş tədbirlərlə sürücü saxlanılaraq bölməyə gətirilib.

 

Əli Əzizov Məhkəmənin qərarı ilə 15 sutka müddətinə inzibati həbs olunub və nəqliyyat vasitəsi idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

 

Şahnəzər Bəşirov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR