Vətən Müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapıldı

# 18:12
7 may 2021

Vətən Müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

 

Hərbi Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

 

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR