Vətən müharibəsində özünü cəbhəyə atan 10 yaşlı qəhrəman
Bir sözlə, mübarizlərin, milli vətənpərvərlik ruhunun yaşı, ölçü meyarı olmaz deyirlər. İndi sizə təqdim edəcəyimiz qəhrəmanımız elə bu mübarizlərdəndir. Bəxtiyarın cəmi 12 yaşı var. O, Bərdənin Kətəlparaq kəndində doğulub. Elə orada da yaşayır. Vətən müharibəsi zamanı on yaşlı balaca qəhrəman özünü cəbhəyə atır. Balaca qəhrəman arxa cəbhədəki, döyüş təminatının daşınması, vaxtında atəş mövqelərinə çatdırılması üçün özündən yaşca çox böyük yoldaşlarından heç də geridə qalmır.
Şanlı zəfərlə bitən haqq savaşının ən balaca döyüşçüsü qələbəni də cəbhə yoldaşlarının yanında qeyd edir. Qısa müddət ərzində hər kəsin sevimlisinə çevrilən Bəxtiyar fəxri fərmanla təltif edilir. Vətəni bütün varlığı ilə sevən bu balaca qəhrəman əslində özünün səhhətində ciddi problemlər var. Bəxtiyar doğuş zamanı aldığı travma səbəbindən nitq qüsurlu böyüyür. Müalicəsi mümkün olsa da ailənin maddi imkanı işi müşkülə çevirib.
Yaşadığı rayonda Bəxtiyarın yaşına uyğun mütəxəssis həkim yoxdur. Ailəsinin tək arzusu isə onun əngəllərinin aradan qaldırılmasıdır. Heç nəyə baxmayaraq Bəxtiyarın fiziki əngəli onun ruhuna əngəl ola bilmir. O, musiqi məktəbinin birinci sinifində oxuyur. Tar aləti ilə öyrəndiyi ilk musiqini də məharətlə ifa edir. Bəxtiyarın ailəsinin ümidi balaca qəhrəmanın əngəllərinin aradan qaldırılmasıdır.
Habil Aslanoğlu, Elgün Gəncimsoy, Ziya İsmayılov, APA TV, Bərdə
DİGƏR XƏBƏRLƏR

Erməni deputatlar Laçınla bağlı layihədən imtina etdilər

Naxçıvanda bayram axşamı kütləvi zəhərlənmə / “APA XƏBƏR” - 15:00

Sabah hava dəyişəcək
