Vətən Müharibəsinin 26-ci günü: 22 oktyabrda nələr baş verdi?
22 oktyabr 2020-ci il. Döyüşlər müharibənin bütün günlərində olduğu kimi ordumuzun üstünlüyü şəraitində davam edirdi.
Gecə ərzində cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etdi. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi.
Saat 09:15-dən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən Füzuli rayonu ərazisindəki mövqeləri reaktiv artilleriya sistemlərindən atəşə tutdu. Səhər saatlarından başlayaraq Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulmuşdu.
Saat 07:00-da düşmən Siyəzən rayonu istiqamətində 3 raket, saat 09:00-da Qəbələ rayonu istiqamətində 2 raket, Kürdəmir rayonu istiqamətində isə 1 raket atdı. Raket zərbələri nəticəsində bir nəfər Qəbələ rayon sakini xəsarət aldı. Həmçinin, Ermənistan silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkə üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atdı. Lakin Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri raketi zərərsizləşdirdilər.
Düşmən xəyanətkar xislətini davam etdirsə də, Ordumuzun inamı qırılmır, işğal altında olan torpaqlarımızı azad etməkdə davam edirdi.
Prezident İlham Əliyev bu dəfə isə özünün "Twitter" səhifəsində Zəngilan rayonunun Ağbənd qəsəbəsi, Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin işğaldan azad edildiyini açıqladı.
Müharibə davam edir, Ordumuz isə hər keçən gün düşməni geri çəkilməyə məcbur edirdi. Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyən düşmən 18 gündən sonra tam məğlubiyyətini etiraf edəcəkdi.
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
