Vətəndaş kömək istədi, qısır inək verdilər - APA TV

# 19:27
5 oktyabr 2022

Sumqayıtın "Yaşıldərə" yaşayış massivində yaşayan Əhliman Əliyev Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramından yararlanmağa çalışıb arzusu gözündə qalan vətəndaşlarımızdandır.

APA TV-nin yerli bürosu xəbər verir ki, vətəndaş bir müddət əvvəl özünüməşğulluq proqramına qoşulub, səbrini sıxıb təlimlərdə iştirak edib. Təlimlər bitdikdən sonra 2022-ci ilin iyul ayında ona üç baş inək verilib. Vətəndaş deyir ki, elə bilirdim inəkləri alan kimi yoxsulluğun daşını bir yolluq atacağam. Amma ümidlərim puç oldu.

Üstəlik Sumqayıt sakini iddia edir ki, ona verilən heyvanlardan biri xəstədir. Əhliman Əliyevin dediyinə görə, həmin inəyin müalicəsinə əlavə xərc də çəkməli olub.

Vətəndaş deyir ki, müqavilədə nəzərdə tutulan təminatdan ona yalnız 400 kq yem verilib, 65 bağlama samanın taleyinin isə necə olduğundan xəbəri yoxdur.

Vətəndaşın şikayəti ilə bağlı Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxladıq. O isə biildirdi ki,  Sumqayıt şəhər sakini Əliyev Əhliman Təhməz oğlu 02.06.2022-ci il tarixdə "maldarlıq təsərrüfat" zərfi üzrə özünüməşğulluq proqramına müraciət edib. Vətəndaş operativ şəkildə təlimlərə cəlb edilib, qiymətləndirilməsi aparılıb və  03.08.2022-ci il tarixdə aktivlərlə təmin olunub.

Bəli, qurum rəsmisinin cavabı belə oldu. Gördüyünüz kimi, vətəndaş günahkar çıxdı. Bəs görəsən narazılığı olarsa nə vaxt və necə müraciət edə biləcəyi barədə filial əməkdaşları vətəndaşa niyə deməyiblər, yaxud xatırlatmayıblar? Allah bilir...

RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR