Vilyam Hacıyev qanunsuz silah saxlamaqda da ittiham olunur

# 18:53
24 yanvar 2022

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 

APA TV-nin xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror ittiham aktını elan edib.

 

İttihama görə, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanuna zidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin V. Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib. İttihama görə, V.Hacıyev rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəyib.

 

Bundan başqa, sabiq icra başçısının tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanların vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

 

İttiham aktında qeyd olunub ki, Vilyam Hacıyev İmişli Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunan şəxsdən təyinat müqabilində 70 min manat, Rayon Olimpiya İdman Kompleksinə rəhbər təyin olunan şəxsdən isə 10 min manat pulu rüşvət qismində alıb. Həmçinin, ittiham aktında qeyd olunub ki, sabiq icra başçısı tərəfindən kənd icra nümayəndələrindən və bələdiyyə sədrlərindən himayədarlıq məqsədi ilə rüşvət alınıb.

 

Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda da təqsirli bilinib. Məhkəmədə ifadə verən sabiq icra başçısı cinayət işi üzrə özünü təqsirli bilmədiyini deyib.

 

Proses yanvarın

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR