Vilyam Hacıyevin vəkilləri məhkəməyə niyə gəlmədi?

# 13:26
14 fevral 2022

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

 

APA TV-nin xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə iclas katibi müdafiə tərəfinin üç vəkilindən heç birinin prosesdə iştirak etmədiyini bildirib.

 

V.Hacıyev müdafiəçiləri, xüsusilə də vəkil Elmar Kərimov olmadan məhkəmə iclasının keçirilməsinə etiraz edib.

 

Hakim müdafiə tərəfi olmadan məhkəmə iclasının onsuz da keçirilməyəcəyini onun diqqətinə çatdırıb, lakin müdafiəçilərin məhkəmə iclasını qəsdən pozmağa çalışdıqlarını da bildirib: "Üç vəkildən biri gəlmirsə, niyə müqavilə bağlayırlar? Belə çıxır ki, bilə-bilə məhkəməni ləngitmək istəyirlər. Müdafiəçilərlə bağlı tədbir görüləcək və dərhal Vəkillər Kollegiyasının sədrinə müraciət ediləcək".

 

Məhkəmə fevralın 18 -nə kimi təxirə salınıb.

 

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR