Xaçmazda sahibsiz it bir ailənin 4 üzvünü dişləyib
Xaçmazda sahibsiz itlər 4 nəfəri dişləyib. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Bildirilib ki, xəstələr yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar, hazırda onların həyatı üçün hər hansı təhlükə yoxdur. Hadisə rayonun Qaraçay-Cek kəndində qeydə alınıb. Ev quşlarını tələf edən sahibsiz it daha sonra səsə çıxan bir ailənin 4 üzvünə xəsarət yetirib. Kənd sakinləri bildirir ki, kənddə sahibsiz itlərin əlindən heyvan saxlamaq mümkünsüz hala gəlib. Vəli Turan, Rizvan Hacıyev, APA TV
DİGƏR XƏBƏRLƏR

Azərbaycanda körpülər niyə selə dözmür?

FHN əməkdaşları “Kazkutkaru-2023” beynəlxalq xilasetmə yarışında iştirak ediblər

Ömrünün 14 ilini hərbiyə həsr edən döyüşçünün son sözləri nə oldu?
